Əyləncə

Qoca Alfons

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Qoca Alfons” filmini 25 İyul-dan etibarən 28 Cinema-da izləyə bilərlər.

Qarşılayın, arzulanan kişi! Aleks imkanlı qadınları cəlb etməyin yolunu gözəl bilir və bu yolla yaşayır, işləmədən qazanır. Amma vaxt keçib, maço artıq yaşlanıb, onun yerini isə daha cavan alfonslar tutub. Alışdığı varlı həyatı itirmək istəməyən Aleks bütün arsenalını işə salaraq nəyin bahasına olursa olsun yenidən oyuna qayıtmalıdır.
Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.