Restoranlar

Tom’s Donuts ilə əsl şirniyyat həzzi!

  • 4-cü mərtəbə
  • |
  • 10:00 — 22:00

Şirniyyat sevərlərin mütləq baş çəkməli olduğu məkanlardan biri də Tom`s Donuts-dır. Xüsusi zövqlə hazırlanmış, üzəri dadlı, şirin souslarla örtülmüş yumşaq və təzə çörək dadına baxan hərkəsin sevimlisinə çevrilir.
Xüsusi günlər üçün dadlı və orijinal hədiyyə seçməkdə çətinlik çəkirsinizsə sizə əla xəbərimiz var! Tom's Donuts-a müraciət edərək istənilən dizaynlı donat və eklerlər sifariş edib sevdiklərinizə xoş sürprizlər edə bilərsiniz.
Günün istənilən saatı 28 Mall-a yaxınlaşaraq rəngarəng bəzədilmiş halqaları alaraq bu unudulmaz daddan zövq alın.