28 Mall

Payız kolleksiyalarını 28 Mall-da kəşf edin!

Payızın gəlişi ilə qarderobu yeniləməyin əsl zamanıdır!
Bütün brendlər yeni kolleksiyalarını təqdim edir, bütün mağazaların vitrinləri qızılı rənglərə bürünür və debli geyimlər öz yerini alır. Yüngül, əlvan yay geyimləri öz yerini daha qalın və daha sakit tonlarda geyimlərə ötürür.
Zara, Mango, Massimo Dutti, Bershka, Stradivarius, Pull&Bear, Next, GAP kimi mağazalar yeni payız kolleksiyasına aid geyimlərlə dəbsevərlərin qarderobunda öz yerini almağa hazırdır. Yeni kolleksiyalarda həm rahatlığı sevən, həm də zərifliyə önəm verən hərkəs axtardığı geyimləri asanlıqla tapa biləcək. Siz də geyimlərinizlə bu payıza iz qoymaq istəyirsinizsə yolunuzu 28 Mall-dan salın və əsl dəbi hər addımınızda hiss edin.