Əyləncə

"Karakomik Filmler" Filminin Premyerası

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Karakomik Filmler” filmini 24 Oktyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.

Karakomik Filmlər silsiləsinin ilki sayılan ‘Kaçamak’ filmi tətilə çıxan 4 dostun başına gələn əyləncəli hadisələrdən bəhs edir. 4 dostu Can Yılmaz, Zafer Algöz, Necip Memili və Özkan Uğur, getdikləri otelin sahibi Alpa xarakterini isə Cem Yılmaz canlandırır. Nilperi Şahinkaya və Alişan Uğur isə dahi elm adamlarını canlandırırlar.
'2 Arada' filmində tamaşaçı Ayzekin macərasına şahid olacaq. Bütün hekayənin maşın daşıyan bir gəmidə keçdiyi filmdə Ayzek xarakterini Cem Yılmaz canlandırır. Filmdə Cem Yılmazla bərabər Zafer Algöz, Ozan Güven, Cemre Ebuzziya, Uraz Kaygılaroğlu, Bala Atabek, Umut Kurt və Cem Davran da rol alır. Filmlərin quruluşçu operatoru Ahmet Sesigürgildir. Film maşın daşıyan gəmidə çayçı olaraq işləyən Ayzekin tamaşaçını fərqli həyatlara və məkanlara aparacağı macəralardan bəhs edir.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.