Əyləncə

Super Ailə 2 Filmi 28 Mall-da

28 Mall Cinema hər zaman olduğu kimi bu Cümə Axşamı da yeni primeriya təqdim edir. 14 İyun-dan etibarən izləyicilərinin üzərində böyük təsir bağışlayan "Super Ailə" filminin davamı olan "Super Ailə 2" filmini 28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus-da izləyə bilərsiniz. Brad Birdin rejisorluğu ilə ərsəyə gəlmiş animasiyada ailənin xanımı Helen hələ də dünyanı xilas etmək barədə fikirləşir. Ailənin yeni üzvü Jack isə yavaş-yavaş bacarıqlarından istifadə etməyi öyrənir. Atası Bobb isə onun davranışlarındakı fərqi hiss edərək ona təlim keçməyə başlayır.

Gözəl Missis Müstəsna fərqinə varır ki, o, televizor ekranından həyat yoldaşından daha yaxşı görsənir. Missis Müstəsna getdikcə daha çox evdə oturub uşaqlara baxmalıdır. Lakin ailə problemləri, onların sakitliyinə yeni düşmən təhdid etdikdən sonra ikinci plana keçir. Bu ilin ən səs küylü animasiyasını izləmək üçün 28 Mall-da yerləşən Cinema Plus-a gəlin!