Əyləncə

“Çətin Tapşırıq 6” Filmi 28 Mall-da

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 26 İyul-dan etibarən “Çətin Tapşırıq 6” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

İtan Xant və onun komandası, həmçinin təzəlikcə onlara qoşulan müttəfiqlər, yeni missiya plan üzrə getməyəndə zaman ilə yarışmaq məcburiyyətindədirlər.
Tom Cruise-un baş rolda oynadığı filmdə Superman rolu ilə tanıdığımız Henry Cavill Rebecca Ferguson, Michelle Monaghan, Simon Pegg kimi aktyorlar yer alır.

Triller, macəra film sevərlərin həyəcanla gözlədiyi filmin bu buraxılışını izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.