Əyləncə

28 Mall Cinema “Məhşər Gecəsi: Başlanğıc” Filmini Təqdim Edir

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 2 Avqustdan-dan etibarən “Məhşər Gecəsi: Başlanğıc” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Gerard McMurray-in rejisoru olduğu ilin qorxu filmində cinayət hadisələrin sayını minimuma endirmək üçün yeni yol sınaqdan keçirilir. Cinayətkarlığın işsizliyin və müharibələrin olmadığı ideal dünyaya nail olmaq elə də asan deyil. Belə bir gələcək üçün yeganə haqq – yalnız tamamilə qayda-qanun olmayan bir gecədir. Sınaq zamanı bir gecə ərzində təcrid olunmuş cəmiyyətdə aqressiyaya sərbəstlik verilir. Lakin zalımların şiddəti və artan aqressiyası qarşısı alınmaz olduqca sınağın təsiri şəhər sərhədlərini aşaraq bütün ölkəni bürüyür.

Marisa Tomei, Lex Scott Davis, Luna Lauren Velez kimi aktyorlarların iştirak etdiyi filmi izləyərək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.