28 Mall

Uşaqlar Üçün Xüsusi Təklifləri Qaçırmayın!

Balacalar yeni ilin gəlişinə ən çox sevinənlərdəndir. Bu bayram ərəfəsində sevimli balacaları daha da sevindirmək üçün 28 Mall-da yerləşən brendlərin xüsusi təkliflərindən yararlana bilərsiniz.
Accessorize və Monsoon mağazaları 25 % endirim aksiyasına start verir! 21 dekabr tarixinədək bir-birindən dəbli aksesuarları sərfəli qiymətə əldə edərək balacaları sevindirməyə tələsin!

Amanda və onun böyük evini hamı sevir! Bu taxtadan hazırlanmış ev səsli, işıqlı ve rəngarəng əşyaları ilə hamını heyran edəcək! Amandanın ailəsi bu evdə xoşbəxtdir. Imaginarium-a gələrək ailənin xoşbəxtliyini övladınızla bölüşün. Həmçinin, Imaginarium-un təqdim etdiyi geyim Yeni il mövzusunda olan naxışlar və bəyaz rəng ilə bayram abu havasını bəxş edəcək, isti və rahat parça isə qışın sərt günlərində övladınızı soyuqdan qoruyacaq.

Körpəniz üçün yeni ilə geyim axtarırsınızsa, hər il olduğu kimi bu ildə yeni il kolleksiyasını təqdim edən Chicco mağazasına buyura bilərsiniz. Həm gözəl, həm də keyfiyyətli geyimlər təqdim edən Chicco-da geyim və ayaqqabılara 30% -ə qədər Endirim aksiyasına start verildi.
Eləcə də, Acoola Kids mağazasına gələrək xüsusi Yeni İl kolleksiyası ilə tanış ola bilərsiniz.
Dünyaca məşhur geyim brendi United Colors of Benetton kişi və qadın geyimləriylə yanaşı, keyfiyyətli uşaq geyimlərinə 30% endirim elan edir.
28 Mall-a gəlin xüsusi təkliflərdən yararlanaraq yeni ili uşaqlar üçün ikiqat bayrama çevirin!