28 Mall

Bakıda Əyləncəli Alış-Veriş

Açılışıyla Bakıya yeni alış-veriş təcrübəsi gətirən 28 Mall, şəhər mərkəzində yerləşməsi və istənilən hər bir şeyin tapıla bilməsi ilə müştərilərin sevimli məkanın çevrilmişdir. Hər bir şeyi bir məkana gətirərək, 28 Mall alış-verişi zövqverici etdi.
Alış-veriş, şam yeməyi, bir fincan qəhvə, ən son fimləri izləmək və istirahət! Bunlar gözəl gün keçirtmək üçün hamının ehtiyacı olan fəaliyyətlərdir. Oysho, Stradivarius, Massimo Dutti kimi brendlər Bakıda ilk dəfə olaraq 28 Mall-da açılaraq Bakıda alış-verişə yeni nəfəs gətirdi!
28 Mall həmçinin il ərzində Bakıya gələn milyondan çox turistlərin ən sevimli məkanlarından birinə çevrilmişdir. Hər gün 28 Mall 40 000 ziyarətçi qəbul edir. 28 Mall-un Bakının mərkəzində yerləşməsi onu Bakıda ən ideal istirahət və alış-veriş məkanlarından biri edir.