Əyləncə

28 Mall Cinema “Sonra” filmini təqdim edir

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. 18 Apreldən etibarən Anna Todd-un ən çox satılan kitabı əsasında olan "Sonra” filmini 28 Cinema-da izləyə bilərsiniz.

Universitet tələbəsi, gülərüzlü Tessa yeni universitet həyatına sürətlə uyğunlaşır. Mükəmməl qiymətləri, rahat həyatı və məktbdə tanış olduğu sevgilisi ilə uğurlu münasibəti, onun həyatında hər şey yolundadır. Tessa uğurlu gələcək üçün böyük həvəslə çalışır. Lakin onun sevgilisinə sədaqəti, dərslərinə məsuliyyəti və ailəsi ilə xoş münasibəti olduğu sistemli həyatı, Hardin Scott adında gənclə tanış olandan sonra altüst olur. Tessa Hardin ilə heç kimlə olmadığı dərəcədə bağ hiss edir.

Filmdə Rollarda Xiro Fayns-Tiffin, Cozefina Lenqford, Cennifer Bilz kimi aktyorlar yer almışdır. Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.