Əyləncə

"Türk İşi Dondurma” Filmi 28 Mall-da

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. 25 Apreldən etibarən "Türk İşi Dondurma” filmini 28 Cinema-da izləyə bilərsiniz.

Çanaqqala Müharibəsi zamanı Avstraliyada yaşayan iki türkün ölkələri üçün verdikləri mübarizə haqqında bəhs edir. Avstraliyada yaşayan iki türk, həyatlarını dəvəçilik və əl arabası ilə dondurma sataraq qazanırlar. 1915-ci ildə məmləkətlərində müharibə başladığını öyrənən iki gənc, Çanaqqalaya, cəbhəyə getməyə qərar verir.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.