28 Mall

28 Mall-da Back to School həyəcanı!

Dərslərin, imtahanların yenidən qayıtması ilə daha aktiv dövrə başlayan gənclər, həm də öz tərzləri ilə diqqət çəkmək istəyirlər. Əgər hələ də alış-verişi haradan edəcəyinizi bilmirsinizsə indi seçim etməyi sizin üçün daha da asan edəcəyik. 28 Mallda yerləşən dəbli məhsullarla zəngin olan mağazalar sadəcə ehtiyaclarınızı qarşılamaqla qalmayacaq, zövqlü dizaynlarla hazırlanmış yeni kolleksiyalar bütün alış-veriş edənləri həm də məmnun yola salacaq.

Gənclər üçün!

“Rule to School” şüarı ilə Sketchers yeni sport ayaqqabı kolleksiyasını artıq satışa çıxarıb. 70% endirim aksiyası isə Aldo, Pink, GAP, LcWaikiki kimi bəzi mağazalarda hələ də davam etməkdədir. Geox da endirim kampaniyasına davam edərək rahat sport ayaqqabılara 50% endirim təklif edir. Minimal qiymətlər isə hər kəsi sevindirir. Terranovadan 25 AZN-ə gödəkçələr, 22 AZN-ə sviterlər, NewYorkdə 6.99 AZN-dən başlayan qiymətlərə t-shirtlər ala bilərsiniz. Nextdə isə 2 köynək sadəcə 23 AZN-dir. Bershka, Stradivarius, Pull&Bear də öz növbəsində rəngarəng geyimlər, çantalar, dəbli ayaqqabılarla gənclərin yeni dərs ilinə dəbli başlamasına kömək olacaq.

Məktəblilər üçün!

50% endirim ilə Entertainer, İmaginarium, Ali&Nino Back to School kolleksiyası ilə məktəblilər arzuladıqları qələmlər, oyun xəmirləri, rəngli termoslar və çantaları rahatlıqla tapa biləcəklər.
Yeni kolleksiyalarda həm bağça, məktəb şagirdlərinin, həm də həyatlarında yeni bir dövrə başlayan gənc tələbələrin ehtiyac duya biləcəyi hərşeyi tapmaq mümkündür. 28 Mall yeni tədris ilinin zövqlü gənclərinə arzuladıqları tərzi yaratmaqda dəstək olmaqdan məmnunluq duyacaq!