Magazalar

28 Mall Bravo-da “Made in Azerbaijan” günləri!

  • 1-ci mərtəbə
  • |
  • 10:00 — 23:00

17-30 oktyabr tarixlərində BRAVO Supermarketlər şəbəkəsində keçirilən “Made in Azerbaijan” kampaniyasında yerli istehsalçıların məhsulları endirimli qiymətlərlə alıcılara təklif olunur.
Kampaniya müddətində həm qida, həm də qeyri-qida məhsulları üçün olan xüsusi təkliflərdən yararlanmağa hər birinizi dəvət edirik.
Kampaniya günlərində 28 Mall-a gələrək həm BRAVO-da alış-veriş edə, həm də milli abu-havalı musiqilərdən zövq ala biləcəksiniz.
Gəlin birlikdə Azərbaycan məhsullarını daha yaxından tanıyaq və dünyaya tanıdaq!