Əyləncə

"Soyuq Ürək 2" Filmi 28 Mall-da!

28 Mall Cinema Plus növbəti premyeranı təqdim edir. Film həvəskarları Cinema Plus-a gələrək “Soyuq Ürək 2” filmini 28 Noyabrdan etibarən 28 Cinema-da izləyə bilərlər.

Anna, Elza, Kristof və onun maral dostu Sven və heç vaxt ruhdan düşməyən qar adamı Olaf Erendel krallığını tərk etməli və daha da şimala, onları qədim əfsanələrin mənbələrinə aparacaq səyahətə yola düşməlidirlər. Bu, onlara öz doğma ölkələrinin sirlərini açmağa kömək edəcək.

Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.