28 Mall “Gecə-Gündüz” Kampaniyası

Kampaniya müddəti: 29 iyun – 4 iyul
28 Mall sizi “Gecə-Gündüz” kampaniyasına qoşulmağa və zəmanətli hədiyyələr qazanmağa dəvət edir!
Kampaniyada necə iştirak etmək olar?
• Kampaniyada 28 Mall-da fəaliyyət göstərən bütün mağazalar iştirak edir.
• İştirak etmək üçün kampaniya müddəti ərzində ümumilikdə minimum 250 AZN məbləğində alış-veriş etmək lazımdır.
• 250 AZN məbləği bir və ya bir neçə mağazadan əldə edilmiş çeklərin cəmi əsasında toplana bilər.
• Yalnız 29 iyun – 4 iyul tarixləri arasında və həmin gün edilmiş alış-veriş çekləri qəbul edilir. Kampaniya müddətindən əvvəl və ya sonra təqdim olunan çeklər etibarlı hesab edilmir.
Çeklərin təqdim edilməsi
• Müştəri alış-veriş çeklərini Məlumat Mərkəzindəki əməkdaşa təqdim etməlidir.
• Çeklər yoxlanıldıqdan və təsdiqləndikdən sonra onların üzərinə xüsusi təsdiq möhürü vurulur.
• Təsdiqdən sonra iştirakçı hədiyyə çarxını 1 (bir) dəfə fırlatmaq hüququ əldə edir.
Hədiyyə çarxı
• Çarxda boş bölmə yoxdur.
• Çarxın bütün bölmələrində müxtəlif hədiyyələr yerləşdirilmişdir.
• İştirakçıya çarxda düşən hədiyyə təqdim edilir.
• İştirakçıya çarxda düşən hədiyyə son qərar hesab olunur və həmin hədiyyənin digər hədiyyələrlə dəyişdirilməsi və ya əvəzlənməsi mümkün deyil.
Əlavə şərtlər
• 250 AZN, 500 AZN və ya daha yüksək məbləğdə alış-veriş edən müştərilər üçün çarxı fırlatmaq hüququ dəyişmir.
• Kampaniyada iştirak üçün minimum tələb olunan məbləğ 250 AZN-dir.
• Hər bir iştirakçı kampaniya müddəti ərzində yalnız 1 dəfə hədiyyə çarxında iştirak edə və çarxı yalnız 1 dəfə fırlada bilər.
• Kampaniya çərçivəsində qazanılmış hədiyyə və ya hədiyyə kuponu nağd pula çevrilə, pul vəsaiti ilə əvəz edilə və ya geri qaytarıla bilməz.
• Kampaniyada iştirak etmək üçün tələb olunan minimum 250 AZN məbləğində alış-veriş eyni gün ərzində bir və ya bir neçə fərqli mağazadan əldə edilmiş çeklərin cəmi əsasında formalaşdırılmalıdır.
• Təqdim olunan çeklər kampaniya müddəti (29 iyun – 4 iyul) ərzində həyata keçirilmiş alış-verişlərə aid olmalıdır. Müştəri çekləri alış-verişin edildiyi gün və ya kampaniya müddəti ərzində sonrakı günlərdə təqdim edə bilər. Lakin müxtəlif günlərdə edilmiş alış-verişlərə aid çeklər birləşdirilərək 250 AZN məbləği formalaşdırıla bilməz.
• Hər bir iştirak yalnız eyni tarixdə həyata keçirilmiş alış-verişlərə aid çeklər əsasında qiymətləndirilir.