Əyləncə

“Vinçester: Ruhların Tikdiyi Ev” Filmi 28 Mall Cinema Plus-da

28 Mall Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 5 Aprel-dən etibarən “Vinçester: Ruhların Tikdiyi Ev” filmini Mall 28-də yerləşən Cinema Plus-da izləyə bilərsiniz.

Möhtəşəm 7 mərtəbəli binada yaşayan Sara Vinçester məşhur silah şirkətinin varisidir. Binanın arxitekturası məntiqə sığmır, dəhlizlər isə labirintə oxşayır. Dul qalmış qadının əmri ilə ev hər dəfə genişlənir və sonsuz olaraq yeni divarlar çəkilir. Lakin o, bunu nə özü üçün, nə bacısı qızı üçün, nə də onun dəvəti ilə gəlmiş bacarıqlı həkim Erik Spays üçün tikir. Sara yüzlərlə intiqam almaq istəyən kabus üçün tələ tikir və onlardan ən dəhşətliləri Vinçester klanının axırına çıxmaq istəyir.