Əyləncə

28 Mall Cinema "Qisasçılar: Sonsuzluq Savaşı" Filmini Təqdim Edir

28 Mall Cinema hər zaman olduğu kimi bu Cümə Axşamı da yeni primeriya təqdim edir. 3 May-dan etibarən "Qisasçılar: Sonsuzluq Savaşı" filmini Mall 28-in 4-cü mərtəbəsində yerləşən Cinema Plus-da izləyə bilərsiniz.

Məğlubedilməzlər və yeni müttəfiqləri dünyanı böyük təhlükələrdən qorumağa çalışdığı ərəfədə hətta superqəhrəmanın belə tək başına məğlub edə bilməcəyi mənfur və kosmik kölgələrdən gələn qüvvə ilə qarşı-qarşıyadırlar. Bu dəfə onlar, qorxunc Titan Thanos-a qarşı mübarizə aparmalıdırlar.

Qalaktikalararası tiran bütün altı Sonsuzluq Daşlarını öz istəyinə uyğun olaraq dəyişə bilən, görünməmiş gücə malik olan artefaktları yığmaq istəyir. İndiyədək Qisasçıların qarşılaşdıqları və mübarizəsi bu ana gətirib çıxarırdı - Yer kürəsinin talehi hələ indiyədək belə qeyri-müəyyən olmayıb.

Robert Downey, Josh Brolin, Scarlett Johansson, Chris Hemsworth, Tom Hiddleston, Chris Pratt, kimi aktyorların əsas rollarda oynadığı filmi izləmək və həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.