28 Mall

28 Mall-da 100 il Həyəcanı!

Tariximizin qürur səhifələrindən olan Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi münasibətilə 28 Mall bayram tədbirləri ilə qonaqları sevindirəcəkdir.
26, 27, 28 May tarixlərində 28 Mall-u ziyarətçiləri Nərmin Kərimbəylinin konserti və uşaq orkestrinin ifasında musiqi proqramını dinləyə biləcəklər. Bundan əlavə, ilk dəfə 28 Mall –da böyük ölçülü interaktiv ekranda balacalarımız Azərbaycan bayrağını çəkə biləcəklər.
Tədbir 26, 27, 28 May tarixlərində 28 Mall-un üçüncü mərtəbəsində saat 17:00-dan 20:00-a qədər keçiriləcəkdir.