Əyləncə

"Subayı Necə Evləndirməli" Filmi 28 Mall-da

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni primeriya təqdim edir. 30 Avqustdan-dan etibarən “Subayı Necə Evləndirməli” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

Frank və Lindsay dəvət olunduğu toyda olmağa məcbur qalan iki nəfərdir. Toya qədər bir-birini tanımayan bu iki şəxs bənzər emosional xüsusiyyətləri bölüşür: hər ikisi də eşqə küskün və qəlbi qırıqdır. Lakin bir-birini xoşlamamaqlarına baxmayaraq aralarındakı cazibəni hiss edirlər. Keçmiş xoşagəlməz təcrübələrinə rəğmən yeni ümidə bel bağlamaq düzgün qərardırmı yoxsa bu tanışlıq təkrarlanan səhvdən ibarət olacaqdır?

Keanu Reeves, Winona Ryder, Dj Dallenbach kimi aktyorlarların iştirak etdiyi filmi izləyərək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.