28 Mall

Məşhur Brendlərdən Məktəblilər Üçün Xüsusi Təkliflər

15 Sentyabr, "Bilik Günü" yaxınlaşdıqca şagirdlərin həyəcanı daha da artır. Şagirdlərlə yanaşı övladlarının təhsilinə diqqət ayıran valideynlər də bu günə xüsusi hazırlaşır. Valideynlər 28 Mall-da yerləşən brendlərin məktəblilər üçün xüsusi təkliflərindən yararlanaraq, yeni tədris ilinə daha hazırlıqlı ola bilərlər.
Bershka, Stradivarius, Lc Waikiki, Zara, Call it Spring, Koton, Next, Pull & Bear kimi dünyaca məşhur brendlərin mağazalarından xüsusi olaraq məktəblilər üçün təqdim olunan yüksək keyfiyyətli geyimlər əldə edə bilərsiniz. Hazır geyimlərlə yanaşı, tamamlayıcı aksesuarlarıyla da diqqət çəkən brendlərin təkliflərindən yararlanaraq yeni məktəb ilini daha rəngli qarşılayın!
Kitab və məktəb ləvazimatları təqdim edən Ali Nino və Qrafika mağazalarının təqdim etdiyi əlfəcinlər və müxtəlif kitab aksesuarları ilə məktəblilərin öyrənmə prosesi daha da effektiv olacaq.
Uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən oyunacaqlar təklif edən Imaginarium-dan həmçinin termos, çanta və sair məktəbli üçün müxtəlif məhsullar əldə edə bilərsiniz.
Bunlarla yanaşı, valideynlərin güvənini qazanmış uşaqların təlabatları üzərində fokuslanan Zippy, Sergent Major, Okaidi kimi mağazalarda məktəblilər üçün müxtəlif və maraqlı məhsullar təqdim olunur.
28 Mall-a gələrək geniş seçimlərlə keyfiyyətli məktəb alış-verişini etməyə tələsin!