Əyləncə

28 Mall Cinema"Overlord” Filmini Tədqim Edir!

28 Mall-un 4-cü mərtəbəsində yerləşən Cinema Plus hər zaman olduğu kimi bu həftə də yeni premyera təqdim edir. 8 Noyabrdan etibarən "Overlord” filmini 28 Mall Cinema-da izləyə bilərsiniz.

II Dünya Müharibəsinin gedişatını dəyişdirəcək Normandiya əməliyyatından bir neçə saat əvvəl amerikalı paraşutçu əsgərlərdən təşkil olunmuş qrup, həyatı önəm daşıyan tapşırığı yerinə yetirmək üçün faşist işğalında olan Fransaya enir. Lakin əsgərlər hədəflərinə yaxınlaşarkən, faşist laboratoriyasında dünyada bənzəri olmayan düşmənlərlə rastlaşırlar.

Kəşfiyyatçıları təkcə faşist hərtbiçiləri ilə deyil, həm də nasist eksperimentlərinin paranormal nəticələri ilə toqquşma gözləyir.

Julius Avery-in rejissoru olduğu filmdə John Magaro, Wyatt Russell, Pilou Asbaek kimi aktyorlar rol almışdır.
Filmi izləmək, həyəcanlı və maraqlı anları dostlarınız və yaxınlarınızla birlikdə bölüşmək üçün Cinema Plus 28 Mall-a buyura bilərsiniz.