Əyləncə

“Qəfil Gələn Eşq” filmi 28 Mall-da

Çat Kapı Aşk (Qəfil gələn Eşq) mart ayının 7-dən etibarən 28 Mall Cinema Plus-da!

Həyatının sevgisi ilə bir gün qovuşacağına inan gənc heykəltəraş qız Su (Müge Boz), onunla bir binada yaşayan, daim özünü narahat hiss edən və bu narahatlığına müxtəlif yollarla son qoymağa çalışan vəkil Arazla (Ces Molho) rastlaşır və ona aşiq olur. Arazla Su arasında məhəbbət macərası yaşansa da, onların bir yerdə olmasına ciddi əngəllər var. Araz problemləri həll etməyənə qədər Su ilə münasibətdən qaçmağa çalışır. Həmin binada qapıçı işləyən, əslən azərbaycanlı Nəriman isə (Elməddin Cəfərov) tamam başqa bir məqsəd güdür və o, Sudan kömək istəməyə məcbur olur.